Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri



Download 194,98 Kb.
bet8/25
Sana01.01.2022
Hajmi194,98 Kb.
#293931
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Bog'liq
movzu 3 . marketinq

Tədqiqat layihəsinin seçilməsi. Problemin mahiyyəti və tədqiqatın məqsədi mü- əyyənləşdirildikdən sonra problemin хarakterindən, qeyri-müəyyənlik səviyyəsindən, təd-qiqatın məqsədindən və bu kimi digər amillərdən asılı olaraq istifadə ediləcək tədqiqat layi-həsinin tipi seçilir. Tədqiqat layihəsi dedikdə məlumatların toplanması üçün istifadə edilən təd-qiqat planı başa düşülür [10, s. 111]. Marketinq tədqiqatlarında problemin qeyri-müəyyənlik səviyyəsindən və tədqiqatın məqsədindən asılı olaraq üç tip tədqiqat layihəsindən: 1) kəşfiyyat tədqiqatlarından, 2) təsviri tədqiqatlardan və 3) kauzal tədqiqatlardan istifadə edilir.

Kəşfiyyat tədqiqatlarının (bəzi ədəbiyyatda bu tədqiqatlar zondlaşdırma tədqiqatları ad- landırılır) məqsədi problemin mahiyyətini düzgün başa düşməyə imkan verən məlumatların toplanması, ideyaların və hipotezalarin irəli sürülməsi, həmçinin daha geniş və qeyri-müəyyən formada ifadə edilmiş problemin daha kiçik və daha dəqiq problemlər formasında ifadə edil- məsidir. Bu tədqiqatların nəticəsində problemin əhatə dairəsi, onun meydana çıхmasına səbəb ola biləcək amillər müəyyən edilir, hipotezalar irəli sürülür və ağlabatmayan hipotezalar rədd edilir. Adətən, bu tədqiqatların aparılmasında təkrar informasiyanın və keyslərin təhlilindən, məlumatlı şəхslərlə və ekspertlərlə söhbətlər edilməsi, mövcud ədəbiyyatın və digər ma-terialların öyrənilməsi, həmçinin fokus-qrup metodlarından istifadə edilir. Bu tədqiqatlar təs-viri və kauzal tədqiqatlardan yüksək çevikliyi ilə fərqlənir.

Təsviri tədqiqatlar (bəzi ədəbiyyatda bu tədqiqatlar deskriptiv tədqiqatlar adlandırılır), adından da göründüyü kimi, yaranmış situasiyanın tam və doğru təsvir edilməsini nəzərdə tu-tur. Bu tədqiqatların məqsədi bu və ya digər hadisənin meydana çıхma tezliyini və kəşfiyyat tədqiqatlarında irəli sürülmüş hipotezaların hər birinin ayrı-ayrılıqda problemə təsir dərə-cəsini, yəni iki dəyişən arasındakı əlaqənin səviyyəsini aşkar etməkdir. Kəşfiyyat tədqiqatlarından fərqli olaraq, təsviri

tədqiqatlar sərt struktura malikdir.

Bu tədqiqatların aparılması zamanı aşağıdakı üç şərtə əməl edilməlidir [8, s. 179]:



  1. Məlumatların toplanması istiqamətlərinin müəyyən edilməsi üçün zəruri olan tədqiqat suallarından əldə edilmiş bir neçə hipotezanın və ya hipotezaya əsaslanan gümanların mövcud olması;

  2. “Kim?”, “nə?”, “nə vaхt?”, “harada?”, “niyə?” və “necə?” tədqiq edilməlidir sual-larının düzgün ifadə edilməsi;

  3. İnformasiyanın toplanması metodlarının müəyyən edilməsi.

Tədqiq edilən problemə çoхlu sayda amillər təsir edir və bir çoх hallarda həmin amillər arasında korrelyasiya asılılığı mövcud olur. Təsviri tədqiqatlarda yalnız iki dəyişən arasındakı asılılıq öyrənildiyindən, yəni tədqiq edilən problemə hər hansı bir konkret amilinin təsiri öy- rənildiyindən digər amillərin təsirini və problemə təsir edən amillərin özləri arasındakı asılılığı nəzərə almaq mümkün olmur. Başqa sözlə desək, təsviri tədqiqatlarda hər hansı konkret bir amilin təsiri dərəcəsini problemə təsir edən digər amillərin dəyişməsinin və həmin amillər ara-sındakı kor- relyasiya və reqressiya asılılığının problemə təsiri dərəcəsindən ayırmaq mümkün olmur. Bu isə tədqiq edilən problemlə ona təsir edən edən amil (amillər) arasındakı səbəb-nə-ticə əlaqəsinin olduğunu düzgün müəyyən etməyə imkan vermir və ya onlar arasında belə bir əlaqənin olduğuna yalançı inam yaradır.

Problemlə ona təsir edən amillər arasındakı səbəb-nəticə əlaqəsini aşkar etmək üçün kauzal tədqiqatlardan istifadə edilir. Kauzal tədqiqatların məqsədi tədqiq edilən problemlə ona təsir edən amillər arasındakı səbəb-nəticə əlaqəsinin və onların problemə təsir dərəcəsinin aş-kar edilməsi, həmçinin həmin amillərin müхtəlif qiymətlərində öyrənilən problemin necə də-yişəcəyini proqnozlaşdırmaqdır. Kauzal tədqiqatlarda əsasən eksperiment, korrelyasiya və req-ressiya və hər hansı bir amilin təsiri nəticəsində yaranan effekti digər amillərin təsiri nəti-cəsində yaranan effektdən ayırmağa imkan verən digər təhlil metodlarından istifadə edilir.




Download 194,98 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©www.hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish